“AFFA-dan mənimlə heç kim təmasa keçməyib. Türkiyə mətbuatında yazılanlar həqiqəti əks etdirmir”.
Mediainfo.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında adı Azərbaycan millisinin baş məşqçi postuna hallanan Samet Aybaba deyib.
Qardaş ölkə mediası AFFA-nın 66 yaşlı mütəxəssislə anlaşdığını yazsa da, Aybaba bunu təkzib edib. Bununla belə, o, yığmamızda işləməyə müsbət yanaşır: “Təbii ki, təklif olsa, oturub danışmaq lazımdır. Azərbaycan bizim də ölkəmizdir”.
Son olaraq “Adana Dəmirspor”u çalışdıran Samet Aybaba millimizin hazırkı durumundan da bəhs edib: “Düzü, Azərbaycanın futbol görüntüsü heç də yaxşı deyil. Yığma komandanın dünya çempionatının seçmə mərhələsindəki nəticələrini biz də izləyirdik. Çox çalışmaqla vəziyyəti düzəltmək lazımdır”.
Qeyd edək ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi Canni de Byazinin müqavilə müddəti ayın sonuna qədərdir.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























