İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunu yenidən Madrid təmsilçisində görmək istəyir.
Mediainfo.az "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis transferi müzakirə etmək üçün hücumçunun ətrafı ilə təmaslara başlayıb.
"Kral klubu"nun oyunçularının çoxu 36 yaşlı forvardın qayıdışını dəstəkləyir.
Bundan əlavə, "Real Madrid" rəhbərliyinin hazırda Fransa PSJ-sində çıxış edən Kilian Mbappe ilə müqavilə imzalamağa çalışdığı iddia olunur.
Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildə "Real Madrid"dən 120 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































