Bu gün güləşçilərimiz Hacı Əliyev və Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinala yüksəliblər.
Mediainfo.az xəbər verir ki, 65 kiloqram çəki ilə çıxış edən Hacı Əliyev 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. Əliyev növbəti raundda hindistanlı Bacranq Puniya ilə qarşılaşacaq.
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 50 kiloqram çəki ilə 1/8 finalda rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib.
Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib. O, bu mərhələdə tunisli Sarra Hamdini 10:0 hesabı ilə üstələyərək yarımfinala çıxıb. Stadnik finala gedən yolda yaponiyalı Yui Susaki ilə üz-üzə gələcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































