Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Mediainfo.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində gürcüstanlı Lukum Tsxvimiani ilə üz-üzə gəlib.
Rəqibinə ipponla məğlub olan Hüseynov mübarizəni dayandırmalı olub. O, daha əvvəl Eşli Makkenziyə (Böyük Britaniya) qalib gəlmişdi.
Bu gün yarışa qoşulan qadın cüdoçu Aişə Qurbanlı isə 1/16 final mərhələsində Katarina Koştaya (Portuqaliya) uduzaraq yarışla vidalaşıb.
Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































