2022/2023 mövsümündə keçiriləcək Çempionlar Liqasının final oyununa Türkiyənin İstanbul şəhəri ev sahibliyi edəcək.
Mediainfo.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb. Bildirilib ki, ötən il və daha sonra bu il İstanbulda oynanılması planlaşdırılan həlledici matç koronavirus səbəbindən sözügedən şəhərdə keçirilməyib. Həmin illərdə finala Portuqaliya ev sahibliyi edib. Qeyd olunub ki, UEFA İcraiyyə Komitəsinin iyulun 9-da keçiriləcək iclasında 2023-cü ildəki finalın İstanbuldakı Atatürk Olimpiya Stadionunda oynanılacağı açıqlanacaq.
Bundan başqa, ÇL-in 2021/2022, 2022/2023 mövsümlərinin və Avropa Liqasının püşkatma mərasimlərinin də İstanbulda təşkil edilməsi planlaşdırılır. Bu qərarın da iyulun 9-u açıqlanacağı gözlənilir.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































