Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün növbəti 5 tur keçiriləcək.
Mediainfo.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov "The FTX Crypto Cup"un VI turunda bir-birinə rəqib olacaq. Rəcəbov ağ, Məmmədyarov isə qara fiqurlarla oynayacaq
VII turda Məmmədyarovu qara fiqurlarla Ermənistan təmsilçisi Levin Aronyana qarşı oyun gözləyir. Rəcəbov isə ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşinin müqavimətini qırmağa çalışacaq.
Azərbaycan şahmatçılarının bugünkü görüşlərinin təqvimi belədir:
VI tur
Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov
VII tur
Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)
Yan Nepomnyaşi (Rusiya) - (Teymur Rəcəbov)
VIII tur
Teymur Rəcəbov - Uesli So (ABŞ)
Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)
IX tur
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov
Maksim Vaşye-Laqrav (Fransa) - Teymur Rəcəbov
X tur
Teymur Rəcəbov - Alan Piçot (Argentina)
Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa)
İlk 5 turdan sonra Teymur Rəcəbov 3 xalla 5-ci, Şəhriyar Məmmədyarov isə 1,5 xalla 14-cüdür.
Qeyd edək ki, yarış 23 - 31 mayda gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























