Qalatasaray”ın baş məşqçisi Fatih Terimin klubla müqaviləsi 2021-ci ilin mayın 31-də başa çatır.
Mediainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubda gələn ay keçiriləcək prezident seçkisi səbəbindən mütəxəssis nəzakət qaydası çərçivəsində “Qalatasaray”la vidalaşaraq, ayrılıb. "Hürriyət" qəzeti yazıb ki, 67 yaşlı mütəxəssis əvvəllər olduğu kimi, klub rəhbərliyinə gələcək şəxslərin baş məşqçi məsələsində şəffaf qərarlar verməsi üçün işini seçkidən öncə yekunlaşdırıb.
Fatih Terim Superliqanın son turunda "Yeni Malatyaspor"la matçdan (3:1) sonra "Mənim müqaviləm bu ay başa çatır. Hər dəfə prezident seçkilərində olduğu kimi, bu dəfə də öz üzərimə düşəni yerinə yetirəcəyəm. Buna heç kimin şübhəsi olmasın" - deyə açıqlama verib və ailəsi ilə birgə tətil üçün Bodruma yollanacağını deyib.
Həmçinin bildirilir ki, baş məşqçi təyinatı ilə bağıı qərarı iyun ayında keçiriləcək prezident seçkilərindən qalib ayrılan şəxslər verəcək. Əgər yeni rəhbər yoluna Fatih Terimlə davam etmək istəsə, təcrübə və planları nəzərə alaraq onunla yeni müqavilə imzalayacaq. Lakin komandaya yeni mütəxəssisin gətirilməsi ehtimalı da var.
Qeyd edək ki, "Qalatasaray" bu mövsüm Superliqada "Beşiktaş"la eyni xal - 84 xal toplayıb. Lakin "aslanlar" "qara qartallar"dan toplar nisbətində 1 top geri qaldığı üçün çempion ola bilməyib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































