Futbol üzrə Kürasao millisinin baş məşqçisi Qus Hiddink DÇ-2022-nin iyundakı seçmə oyunlarında komandaya rəhbərlik edə bilməyəcək.
Mediainfo.az-ın məlumatına görə, 74 yaşlı mütəxəssis koronavirusdan bərpa dövrü keçir. Səhhəti ilə əlaqədar işini icra edə bilməyən hollandiyalı mütəxəssis İspaniya "Barselona"sının akademiya direktoru Patrik Klüvertdən onu qarşıdakı görüşlərdə əvəzləməsini xahiş edib.
Öz növbəsində Klüvert isə klub prezidenti Joan Laportadan razılıq alıb. O, 2015 - 2017-ci illərdə Kürasao millisində baş məşqçi olub və ada-dövlətlə yaxşı münasibətlərə malikdir.
Qeyd edək ki, Kürasao yığması iyunun 5-də Britaniya Virgin adaları ilə, iyunun 8-də isə Qvatemala ilə qarşılaşacaq. Bu görüşlərdə qələbə qazanacağı təqdirdə, komanda ikinci seçmə mərhələyə yüksələcək. Qus Hiddink bu komandaya 2020-ci ildən rəhbərlik edir.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























