Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində mübarizəyə start verilib.
Oxuməni.az xəbər verir ki, "New In Chess" adlı mərhələdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edir. Ümumilikdə 16 qrossmeyster 3 gün ərzində bir-biri ilə üz-üzə gələcək.
Birinci yarış günündə ilk 5 turun görüşləri oynanılıb. Rəcəbov oyunlarından 3-nü qələbə ilə başa vurub. Onun qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyan və təşkilatçı Maqnus Karlsenlə qarşılaşmalarında heç-heçə qeydə alınıb.
Məmmədyarov isə gecəni 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə qapayıb.
New In Chess
24 aprel
I tur
Teymur Rəcəbov - Qaveyn Cons (Böyük Britaniya) - 1:0
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov - 1:0
II tur
Teymur Rəcəbov - Aryan Tari (Norveç) - 1:0
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 1:0
III tur
Levon Aronyan (Ermənistan) - Teymur Rəcəbov - 0,5:0,5
Yan Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov - 0:1
IV tur
Şəhriyar Məmmədyarov - Rameşbabu Praqqnanandha (Hindistan) - 0,5:0,5
Teymur Rəcəbov - Yohan-Sebastyan Kristiansen (Norveç) - 1:0
V tur
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 0,5:0,5
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 1:0
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































