“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Cenoa” ilə matçdan sonra (3:1) duyğularını boğa bilməyib və bu dəfə formasını qazonun üstünə atıb.
Mediainfo.az yerli mətbuata istinadən xəbər verir ki, daha sonra topdaşıyan uşaqlardan biri gəlib, formanı yerdən götürüb. Məşhur jurnalist Romeo Aqrestinin məlumatına görə, 36 yaşlı hücumçu köynəyi məhz həmin oğlanın xahişi ilə ora atıb. Baş məşqçi Andre Pirlo isə açıqlamasında bildirib ki, portuqaliyalı oyunçu bu hərəkətinə görə cəzalandırılmayacaq:
“Bu normaldır. Ronaldo, xüsusən oyun çətinləşəndə qol vurmaq istəyirdi. Çünki çempiondur və həmişə qol vurmaq istəyir. Digər oyunçularda olduğu kimi o da üzülə bilər. Matç bitdi və onun əsəbi olması normaldır. Klubun onu cərimə edəcəyini düşünmürəm”.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































