Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində mübarizəyə başlayacaq.
Mediainfo.az xəbər verir ki, A qrupunda yer alan yığma I turda Portuqaliya seçməsi ilə qarşılaşacaq.
Koronavirus pandemiyası səbəbindən İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Hər iki kollektiv matça itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Ruy Patrisiu, Pepe və Rafael Gerreyrunun zədə səbəbindən oynamayacağı dəqiqdir. Ruy Silvanın isə meydana çıxıb-çıxmayacağı sual altındadır.
Azərbaycan millisində isə yeganə itki Qara Qarayevin yoxluğudur. “Qarabağ”ın yarımmüdafiəçisi zədəli olduğu üçün Turinə aparılmayıb.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
I tur
23:45. Portuqaliya – Azərbaycan
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Rafael Foltin, Saşa Stegemann (Almaniya)
İtaliya, Turin. “Yuventus” stadionu
Qeyd edək ki, bu qrupun digər oyunlarında Serbiya millisi İrlandiya ilə, Lüksemburq isə Qətərlə üz-üzə gələcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































