“Real”ın müdafiəçisi Marselo Türkiyəyə köçə bilər.
Mediainfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, “Qalatasaray” braziliyalı sol cinah oyunçusunun xidmətində maraqlıdır.
Super Liqada çempionluq uğrunda mübarizə aparan “cim-bom” eyni zamanda gələn mövsümün heyətini də formalaşdırmağa başlayıb. Bir neçə oyunçu ilə yollarını ayıracaq “sarı-qırmızılılar”ın müdafiənin sol cinahına düşündüyü oyunçu məhz Marselodur.
“Real”da əsas heyətdəki yerini itirən ulduz futbolçunun meneceri ilə ilkin təmas qurulub. Ancaq “sambaçı” “İnter” və “Monako”nun da gündəmindədir. “Real” müqaviləsi gələn ilin yayına qədər olan Marselonu başqa kluba pulsuz buraxmağa hazırdır.
Qeyd edək ki, 2007-ci ildən “Real”da çıxış edən Marselo “kral klubu”nun heyətində keçirdiyi 519 oyunda 38 qol vurub, 101 məhsuldar ötürmə verib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























