Rafael Ağayev və İrina Zaretskayanın lisenziyası olduğu kimi qalır

Rafael Ağayev və İrina Zaretskayanın lisenziyası olduğu kimi qalır

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan millisinin karateçiləri Rafael Ağayev (75 kq) və İrina Zaretskaya (+75) ilə bağlı məsələyə aydınlıq gəlib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov apasport-a açıqlamasında deyib.

O bildirib ki, reytinqə əsasən Olimpiadaya vəsiqəni təmin edən idmançılarımızın lisenziyasının ləğv olunmasından söhbət gedə bilməz. Çünki karateçilərimizin tsikl ərzində topladığı bütün xallar qüvvəsində qalır: “Komandamızın hələlik iki lisenziyası var, onlar da gələn ilin mayında elan olunacaq. Rafael Ağayev və İrina Zaretskayanın lisenziyası olduğu kimi qalır, bununla bağlı heç bir dəyişiklik yoxdur. Onların xallarını heç kim silə bilməz. Rafaellə Zaretskaya Olimpiadaya kimi qarşıdakı iki böyük turnirdə iştirak etməsələr belə, heç kim onlara çata bilməz, lisenziyalarını ala bilməz. Sadəcə indi elan etmirlər, bunun üçün gələn ilin may ayını gözləyirlər”.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək karateçilərin müəyyənləşməsi sistemi dəyişdirilib. Azərbaycan idmançıları Rafael Ağayevlə İrina Zaretskayanın Olimpiadaya lisenziyalarının ləğv oluna biləcəyi ehtimal olunurdu.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az