Türkiyə Futbol Federasiyası (TFF) Çempionlar Liqasının finalı üçün UEFA-ya təminat verib.
Mediainfo.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, qurum TFF-yə "turnirin yarımfinallarını da keçirmək üçün hazırsınızmı" deyə müraciət edib.
Federasiya isə öz növbəsində müsbət cavab verib və heç bir problemin olmayacağını vurğulayıb.
O da bildirilir ki, UEFA təkcə Çempionlar Liqası deyil, Avropa Liqasının yarımfinal görüşlərini də İstanbulda keçirməyi düşünür.
Qərarın UEFA İcraiyyə Komitəsinin mayın 27-dəki iclasında veriləcəyi qeyd olunub.
Qeyd edək ki, Çempionlar Liqasının finalı avqustun 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Avropa Liqasının həlledici qarşılaşmasının isə avqustun 26-da və ya 27-də Polşanın Qdansk şəhərində təşkili nəzərdə tutulub.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















