Avqustun 29-da Latviyanın paytaxtı Riqa şəhərində tay boks üzrə Beynəlxalq Federasiyanın (WKN) “LNK Fight Night 16” şousu çərçivəsində keçirdiyi dünya çempionatında həmyerlimiz Zaur Cavadov qalib gəlib.
“Studio 69” klubunun arenasında baş tutan həlledici döyüşdə Azərbaycan əsilli Latviya kikboksçusu Zaur Cavadov Slovakiyanın WKN üzrə çempionu Sebastyan Fapso ilə qarşılaşıb. O, rəqibi üzərində qələbə qazanaraq dünya çempionu tituluna layiq görülüb. Bununla da Zaur karyerasında 39-cu qələbəsini qazanıb ki, onların da 14-ü ardıcıl olub.
Qeyd edək ki, Zaur Nurbaba oğlu Cavadov 1986-cı il dekabrın 21-də Latviyanın Riqa şəhərində dünyaya gəlib. Artıq 4 yaşından idmanın karate növünə yönəldilib. 2005-ci ildən etibarən kikboksinqlə peşəkarcasına məşğul olaraq bu idman növünün WAKO K-1, WKA K-1 və digər versiyaları üzrə dəfələrlə Latviya, Litva, Polşa və Avropa çempionu titullarını qazanıb. 2017-ci ildə "Arena Riqa”da “KOK World Grand Prix in Riga 2017” döyüş şousu zamanı moldovalı rəqibi Sergey Morariyə nokautla qalib gələrək dünya çempionu titulunu onun əlindən alıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
























.jpg)
.jpg)










.jpg)


















