AFFA Klublar Komitəsinin sədri Riad Rəfiyev futbolçu və məşqçilərin koronavirus testindən keçirilməsi barədə AFFA-nın tövsiyəsinə münasibət bildirib.
Rəfiyev Mediainfo.az-a açıqlamasında proseduru bilmədiyi üçün nə isə deməyin tez olduğunu bildirib. O, məşq və çempionatların bərpası üçün qərar veriləcəyi təqdirdə, öncədən Peşəkar Futbol Liqası (PFL) və milli assosiasiya ilə danışacaqlarını söyləyib.
Eyni zamanda "Sumqayıt" klubunun prezidenti postunu tutan Rəfiev deyib ki, çempionatın bərpasından sonra mütləq hansısa qaydalar tətbiq olunacaq: "Bu qaydalara bütün klublar riayət etməlidir. AFFA və PFL-lə danışdıqdan sonra daha ətraflı məlumat verə bilərəm".
Qeyd edək ki, AFFA klublara futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib. Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.
Mediainfo.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































