Azərbaycanın şahmatçıları Qazaxıstanın Astana şəhərində keçirilən türkdilli ölkələr arasında çempionatı iki qızıl, bir bürünc medalla tamamlayıblar.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Verilən məlumata görə, yarış üç kateqoriyada - kişilər, qadınlar və 16 yaşa qədər komandalar arasında təşkil olunub.
Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət qadınlardan ibarət milli altı görüşdə dörd qələbə qazanıb, iki heç-heçəyə nail olub.
Yekunda 10 xal toplayan İlahə Qədimovanın kapitanı olduğu yığma yarışı birinci pillədə başa vurub.
Təşkilatçı ölkə Qazaxıstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub.
Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynovadan ibarət U-16 komandası altı turda beş qələbə qazanıb. Ümumilikdə, 10 xal toplayan Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın U-16 komandası qızıl medal əldə edib.
Gümüş və bürünc medallar Qazaxıstanın birinci və ikinci komandasına qismət olub.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandası turniri bürünc medalla başa vurub.
Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlinin çıxış etdiyi komanda altı turda üç qələbə əldə edib. 7 xal toplayan kişi şahmatçılardan ibarət Azərbaycan kollektivi üçüncü yerdə qərarlaşıb.
Azərbaycanpolısı.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































