Olimpiya İdman Komplekslərində ciddi maliyyə və idarəetmə pozuntuları aşkar edilib.
Azerbaycanpolisi.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tabeliyindəki Olimpiya İdman Komplekslərində (OİK) aparılan audit zamanı ciddi maliyyə pozuntuları və idarəetmə boşluqları aşkar edib.
Audit 2022-2025-ci illəri əhatə edib və ümumilikdə 15 milyon manat məbləğində vəsait cəlb edilib.
Hesabatda qeyd olunur ki, OİK -lərdə strateji planlaşdırma yoxdur, tarif siyasətləri əsassızdır və gəlirlərinin əksəriyyəti dövlət subsidiyalarından asılı olaraq qalıb. Bəzi hallarda xidmət qiymətləri faktiki xərclər nəzərə alınmadan müəyyən edilib.
Bundan əlavə, komplekslərin əksəriyyətində maliyyə hesabatlarının hazırlanmadığı, bəzi gəlirlərin müvafiq sənədlər olmadan nağd şəkildə qəbul edildiyi və vergi öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyi aşkar edilib. Hesablama Palatası idman infrastrukturunun genişlənməsinə baxmayaraq, idmanla məşğul olan insanların sayının azaldığını vurğulayır ki, bu da mövcud potensialdan səmərəsiz istifadə olunduğunu göstərir.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























