Azərbaycan milli komandası Sent-Lusiyanı darmadağın edərək tarixinin ən böyük qələbəsini qazandı
Dünən, 2026-cı il FIFA Seriyası turnirində Azərbaycan və Sent-Lusiya arasında keçirilən yoldaşlıq oyunu baş tutub.
Oxuməni.az xəbər verir ki, komandamız 6-1 hesabı ilə bu oyunda qalib gəldi. Bu, Azərbaycan milli komandasının 34 illik mövcudluğu dövründə ən böyük qələbəsidir.
Oyun Sumqayıt şəhərində “Kapital Bank Arena – Mehdi Hüseynzadə adına stadion”da baş tutdu. Oyunu Gürcüstan təmsilçisi hakim Georgiy Kruaşvili idarə edirdi.
Komandamızın yarımmüdafiəçisi Emin Mahmudov matçın ikinci dəqiqəsində penaltidən dəqiq zərbə ilə görüşün ilk qolunu vurdu. 21-ci dəqiqədə Rəhim Sadıxov komandasının üstünlüyünü ikiqat artırdı. 37-ci dəqiqədə Musa Qurbanlı Sent-Lusiyaya qarşı üçüncü qolu vurdu. 52-ci dəqiqədə qonaq hücumçu Donovan Filip penaltidən qol vuraraq hesabı azaltdı, lakin doqquz dəqiqə sonra Tural Bayramov Azərbaycanın üç qolluq üstünlüyünü bərpa etdi. Oyunun sonlarında Vüsal İsgəndərli və Rüstəm Əhmədzadə matçın yekun hesabını müəyyənləşdirdilər — 6:1.
Xatırladaq ki, əvvəlki rekord qələbələr 1999-cu ildə (Azərbaycan - Lixtenşteyn - 4:0) və 2017-ci ildə (Azərbaycan - San Marino - 5:1) qeydə alınıb.
Almaz Həsənli
Goranboyda yeniyetmə tanışını bıçaqlayıb
Cinayət törədib meşədə gizləndi - 8 il sonra tutuldu
Zirədə qanlı hadisə - Ölən var
Bağdadda SEPAH-ın beş məsləhətçisi öldürüldü
Bakıda tükürpədici olay: Dayısı 9-cu sinif şagirdinə... – DETALLAR
Beyləqanda 65 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Tərtər rayonunda iki qardaşın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib
Sevgilisini başından güllələdi














































