"Qarabağ” qapıçısı Mateuş Koxalski ilə mövsümün sonunda yollarını ayıra bilər.
Azerbaycanpolisi.az “Futbolinfo.az”-a istinadən xəbər verir ki, buna səbəb polşalı qolkiperə həddən artıq marağın olmasıdır.
Ağdam klubunun heyətində bu mövsüm UEFA Çempionlar Liqasında parlaq çıxışla diqqət çəkən 25 yaşlı qapıçı bunun sayəsində Polşa millisinə dəvət alıb. Koxalski millinin daimi üzvünə çevrilmək və bir nömrəli qolkiperi olmaq arzusundadır. Bunun üçün isə daha yüksəksəviyyəli çempionatlarda çıxış etməyi hədəfləyir.
Futbolçu əsasən ölkəsi Polşada “Vidzev” və “Lex” kimi klublardan rəsmi təklif alıb. Lakin o, daha böyük liqalarda oynamaq niyyətindədir. Xüsusən də, “böyük beşlik” ölkələrindən dəvət gözləyir.
Digər tərəfdən “Qarabağ” da Koxalskini əldən buraxmaq istəmir. Bu səbəbdən ona yeni müqavilə təklif olunacaq. Qapıçı yeni sözləşməyə yaxın durmasa, ağdamlılar onu mövsümün sonunda sərfəli qiymətə satmaq qərarına gələ bilər. Əks təqdirdə, Koxalski 2027-ci ilin yayında azad agent kimi klubu tərk edəcək.
Qeyd edək ki, Mateuş Koxalski “Qarabağ”a 2024-cü ildə Polşanın “Stal” klubundan keçib.
Azerbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































