Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
Report-un məlumatına görə, 1/4 final mərhələsinin cavab matçında "Sumqayıt"ı qəbul edən "Zirə" 2:0 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb.
Zirə İdman Kompleksinin stadionunda qolları David Volkov (27) və Ceyhun Nuriyev (88) vurublar.
"Gənclik şəhəri" təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 84-ci dəqiqədə Nikola Ninkoviç qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.
Tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmamışdı.
Qeyd edək ki, 1/4 final mərhələsi martın 5-də başa çatacaq.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























