Ötən gün 12 yanvar 2026-cı il tarixində Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Aşihara Karate Üslubu üzrə karateçilər arasında növbəti dəfə ənənəvi olaraq kəmər imtahanı (kyu testi) baş tutdu. Əvvəlki imtahanlardan fərqli olaraq bu dəfə imtahan-seminar Saray İdman Klubunda keçirilsin deyə rəhbərlik tərəfindən qərar qəbul olunmuşdu. Mən də Aşihara Karate Üslubunun mətbuat katibi Murad Şahməmmədov olaraq imtahanı yaxından izləmək üçün Saray İdman Klubunda idim.
İlk öncə imtahan verən idmançılar təntənəli surətdə zala daxil oldular. Açılış üçün söz Azərbaycan Karate Federasiyasının Aşihara Karate Üslubunun sədri Şahin Bağırova verildi.
Şahin müəllim seminarda iştirak edən karateçilərə uğurlar arzuladı və bildirdi ki, mən bu imtahanda iştirak edən idmançıların içərisində gələcəyin avropa və dünya yarışlarının qalibləri olacağına çox inanıram və arzu edirəm ki, karatedə kəmər imtahanına ciddi hazırlaşdığınız kimi, təhsilinizə də ciddi yanaşasınız. Şahin Bağırov əlavə olaraq bildirdi ki, ölkəmizi dünyada təmsil edən savadlı və sağlam idmançılara hələ çox ehtiyacımız var.
Sonra kəmər imtahanı götürmək üçün məşqçilər Dünya, Avropa və Asiya çempionları Elnur Xəlilov, Natiq Qafarov və Kənan Quliyev imtahan öncəsi Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi AKF-in İdarə Heyətinin üzvü Marif Bağırovun salamını karateçilərə çatdırdılar. Nəhayət gərgin imtahan başladı. İdmançılar müxtəlif nömrələr nümayiş etdirdilər. Yaxşı nəticə göstərən karateçilərə sertifikat və kəmərlər təqdim edildi.
Murad Şahməmmədov






Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























