“Nənəm öz qızıllarını atama verdi ki, satsın, milli komanda ilə getmək üçün pulum olsun”.
Azerbaycanpolisi.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya müsahibəsi zamanı “Qarabağ” Futbol Klubunun futbolçusu Elvin Cəfərquliyev deyib.
O, komandaya gəlməsindən söz açıb:
“Qarabağ”dan zəng gəldi və dedilər ki, Qurban Qurbanov səni öz komandasında görmək istəyir. Buna da çox sevindim. Geri qayıtdım, heyət güclü idi, ehtiyatda otururdum. Amma Qurban Qurbanov çılğın xarakterimi görürdü, bilirdi ki, bu, mənim xeyrimədir. Çox güvəndi, inandı. Həmin vaxt da Azərbaycan U-17 yığmasına dəvət aldım və başqa ölkəyə toplanışa gedirdik. O dönəmdə maaş almırdım və səfərə yollanacaqdım. Səfərə gedəndə də adam istəyir ki, cibində pul ola. Evdəkilərdən 100 manat istədim. Amma yenə də durum yaxşı deyildi, gördüm heç nə yoxdur. Həmin vaxt nənəm öz qızıllarını atama verdi ki, satıb mənə milli ilə getmək üçün pul versin. Elə də oldu və ondan sonra düşündüm ki, bunların qarşılığını ödəməliyəm”.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























