Londonun "Çelsi" klubu baş məşqçi Entso Mareskanın istefasını rəsmən elan etdi. İtalyan mütəxəssis, 2024-cü ilin yayından etibarən bir ildən az müddətdə komandaya rəhbərlik etməsinə baxmayaraq, klub rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında vəzifəsindən ayrılıb.
Oxuməni.az-ın məlumatına görə, "Çelsi" klubunun mətbuat xidmətinin rəsmi açıqlamasında bu qərarın səbəbi belə qeyd olunub:
"Komandanın hələ də dörd turnirdə əsas məqsədləri olduğu üçün, Entso və klub məşqçi dəyişikliyinin komandaya mövsümü düzgün istiqamətə qaytarmaq üçün ən yaxşı şansı verəcəyinə inanır", - deyə məlumatda bildirilir.
Beləliklə, həm rəhbərlik, həm də məşqçinin özü, gələcək əməkdaşlığın klubun cari mövsüm üçün planlarına mane ola biləcəyini düşünüb. 44 yaşlı Mareskanın "Çelsi"nin baş məşqçisi kimi karyerası qısa oldu. Əvvəllər italyan "Parma" və İngiltərənin "Lester" klublarında çalışmış, sonuncu ilə Premyer Liqaya yüksəlməyə nail olmuşdu.
İstefa anında "Çelsi", Mareskanın rəhbərliyi altında İngiltərə Premyer Liqasının turnir cədvəlində 30 xalla beşinci yerdə idi. UEFA Çempionlar Liqasında isə London təmsilçisi 10 xalla ümumi reytinqdə 13-cü mövqedə qərarlaşmışdı.
Komanda üçün ən yaxın oyun 4 yanvar tarixə planlaşdırılmış "Mançester Siti" ilə səfər matçı olacaq. İndi "Çelsi" təcili olaraq Mareskanın yerinə, bütün turnirlərdə qarşıya qoyulan məqsədlərə nail ola biləcək müvəqqəti və ya daimi varis tapmalıdır.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































