İstanbul Prokurorluğu matçlara qanunsuz mərc oyunları ilə bağlı istintaq çərçivəsində, o cümlədən Qalatasarayın keçmiş administratoru Erden Timur da daxil olmaqla, 14 futbolçu haqqında həbs qərarı verib. Bu barədə TRT Haber məlumat verib. TRT Haber televiziya kanalının məlumatına görə, ümumilikdə 29 nəfər saxlanılıb. Onlardan 24-ü artıq həbs olunub.
Əvvəllər Türkiyə Futbol Federasiyasının (TFF) xaricdə saxlanılan hesablar da daxil olmaqla, mərc oyunları hesablarının olduğu aşkar edildikdən sonra 149 peşəkar hakimi səkkiz aydan bir ilə qədər müddətə oyunlardan kənarlaşdırdığı bildirilirdi. İşdə ümumilikdə 571 aktiv hakim iştirak edir, onlardan 371-nin mərc kontorlarında hesabı var.
Həmçinin bildirilib ki, "Qalatasaray", "Beşiktaş" və "Trabzonspor" kimi aparıcı klubların oyunçuları da daxil olmaqla, mindən çox futbolçu qanunsuz mərc oyunları ilə bağlı istintaq çərçivəsində TFF İntizam Şurası qarşısında çıxış edəcək.
İstanbul Baş Prokuroru Akın Gürlek bildirib ki, yerli hakimiyyət orqanlarının İnterpol və Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ilə birgə apardığı istintaq çərçivəsində bir neçə Türkiyə futbol klubunun rəhbərliyi saxlanıla bilər.
Əziz MUSTAFA
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































