“Dinamo Mosvka” klubunun hücumçusu Ülvi Babayevin Azərbaycan millisində çıxış etmək ehtimalı yaranıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, AFFA rəsmiləri bir neçə gün əvvəl Bakıda 21 yaşlı futbolçunun ailəsi ilə görüşüb və onlarla Ülvinin milli karyerası ilə bağlı söhbət ediblər. Federasiya rəsmiləri uzun sürən danışıqların yekununda Ülvinin atası Laçın Babayevi razı sala biliblər.
Bundan sonra İmişlidən olan Babayevlər Ülvini Azərbaycan yığmasında oynaması üçün razı salmalıdırlar. Lakin “Dinamo”nun istedadlı forvardı bu məsələyə isti yanaşmır. AFFA-nın israrı isə davam edir. İndi qurumun əlini güclü edən məqam ailəsinin federasiya ilə eyni fikirdə olmasıdır.
Laçın bəy hətta oğlunun Azərbaycan millisi ilə yanaşı “Qarabağ”da çıxış etməsini istəyir. Bunu AFFA rəsmilərinə də açıq şəkildə bildirib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da 21 yaşlı futbolçu ilə şəxsən maraqlanır və onu izləyir.
Qeyd edək ki, bu ay Ülvi Rusiyanın gənclər millisində debüt edib. O, Qırğızıstanda keçirilən Manas Kubokunda iştirak edib. 21 yaşlı forvard 3 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Rusiyanın U-21 millisində çıxış etməsi Azərbaycanı seçməsinə heç bir problem yaratmır. Bunun əsas səbəbi isə iştirak etdiyi oyunların rəsmi statusda olmamasıdır. Ülvi fikrini dəyişsə, Rusiya Futbol İttifaqından icazə almağa ehtiyac olmayacaq.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























