“Sabah” klubu ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da azarkeşlərin su və qida gətirməsinə qoyulan qadağaya aydınlıq gətirib.
Bu barədə Teleqraf-ın sorğusuna Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov cavab verib.
“Stadiona kənardan qida məhsullarının buraxılmaması yeni qərar deyil. Bu qaydalar bir neçə ildir ki, avrokuboklarda tətbiq olunan standartlara uyğun şəkildə həm ölkə çempionatında, həm də digər rəsmi oyunlarda qüvvədədir. Bu barədə rəsmi sosial şəbəkə səhifələrimiz vasitəsilə dəfələrlə məlumat paylaşmışıq və oyunlara mütəmadi gələn azarkeşlər qaydalarla tanışdırlar. Oxşar tələblər bir çox ölkələrin stadionlarında da mövcuddur.
Eyni zamanda qeyd edək ki, stadionun daxilində su və bəzi qida məhsullarının satışı təmin olunur. İsti havalarda isə azarkeşlərin rahatlığı üçün stadion ərazisində pulsuz su paylanması təşkil edilir”, - deyə Həmidov bildirib.
Qeyd edək ki, bu gün keçirilən “Sabah” – “Şamaxı” (0:0) oyunundan əvvəl azarkeşlərin stadiona su və qida keçirməsinə icazə verilməyib. Azarkeşlər onları stadionun girişində qoyub getməyə məcbur olublar. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























