“Napoli”nin ulduz futbolçusu Kevin De Bruyne zədələnib.
Qol.az xəbər verir ki, "İnter"lə görüşdə zədə alan belçikalı yarımmüdafiəçinin biceps femoris əzələsində yüksək dərəcəli yırtıq aşkarlanıb. De Buyne artıq reabilitasiya proqramına başlayıb.
İtaliya mətbuatı ciddi əzələ zədəsi alan futbolçunun bir neçə aylıq sıradan çıxdığını yazib. Onun 2026-cı ilin əvvəlinə qədər meydana çıxa bilməyəcəyi gözlənilir.
A seriyasının son turunda "İnter"lə görüşün 33-cü dəqiqəsində penalti zərbəsindən hesabı açan De Bruyne elə həmin an zədələnib.
Qeyd edək ki, 34 yaşlı futbolçu bu mövsüm "Napoli"nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasında oyun noyabrın 26-da Neapolda keçiriləcək. Bu isə o deməkdir ki, De Bruyne Ağdam klubu ilə görüşdə komandasına kömək edə bilməyəcək.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























