Ukrayna millisinin sabiq futbolçusu Dmitri Çiqrinski karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, 38 yaşlı mərkəz müdafiəçisi 2 ilədək klubsuz qaldıqdan sonra bu addımı atıb.
2024-cü ilin yanvarında o, "Şaxtyor Donetsk"i azad agent kimi tərk edib və özünə yeni komanda tapa bilməyib.
Çiqrinski Yunanıstan "Aris"inin məşqçilər heyətinə rəsmən daxil olub. O, sentyabrın 9-da Saloniki komandasına baş məşqçi təyin olunmuş Manolo Ximenesin köməkçilərindən biri olacaq. Sabiq müdafiəçi məhz Ximenesin rəhbərliyi altında Yunanıstanın digər klubu AEK-də çıxış edib və 2017/2018 mövsümündə ölkə çempionluğu qazanıb.
Çiqrinski futbolçu kimi "Şaxtyor"la 6 dəfə Ukrayna çempionu, 2009-cu ildə isə UEFA Kubokunun qalibi olub. Ardından o, 2009/2010 mövsümündə "Barselona2nın formasını geyinib.
Qeyd edək ki, "Aris" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşıb. Həmin vaxt komandanın baş məşqçisi Marinos Uzunidis olub. Azərbaycan təmsilçisi iki oyunun yekununda (2:1, 2:2) qələbə qazanaraq, mərhələ adlayıb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































