Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi postuna namizədlər müəyyənləşib.
Teleqraf-ın məlumatına görə, İstanbul təmsilçisi Joze Mourinyonu istefaya göndərdikdən sonra bir neçə yerli və xarici mütəxəssislə danışıqlara başlamağı nəzərdən keçirir.
"Sarı-lacivərtlilər"in sükanı arxasına keçəcəyi ən çox gözlənilən baş məşqçi İsmail Kartaldır. Hazırda işsiz olan 64 yaşlı mütəxəssis 2022 və 2023-2024-cü illərdə "Fənərbağça"nın baş məşqçisi olub. O, son olaraq İran "Persepolis"ini çalışdırıb.
Digər namizədlər arasında daha əvvəl komandaya rəhbərlik edən Aykut Kocaman (2010-2013 və 2017-2018-ci illərdə), klubun sabiq futbolçuları Volkan Dəmirəl və hazırda "Antalyaspor"un baş məşqçisi olan Emre Belözoğlu var. "Fənərbağça"nın sükanı arxasına keçəcəyi gözlənilən digər namizəd isə 2020-2024-cü illərdə "Trabzonspor"u çalışdıran Abdullah Avcıdır.
Xaricilərdən isə Almaniya millisinin sabiq baş məşqçisi, 1998-1999-cu illərdə "Fənərbağça"da olan Yoahim Lövün, eləcə də ötən mövsümün sonunda İtaliya "Milan"ından ayrılan Serxio Konseysaunun adı çəkilir.
Qeyd edək ki, Joze Mourinyo 2024-cü ilin yayından "Fənərbağça"da idi.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































