Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun növbəti qarşılaşması keçirilib.
Teleqraf xəbər verir ki, ikinci oyun gününün ilk matçında debütant "İmişli" və çempionluğa iddialı "Turan Tovuz" komandaları üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda təşkil olunmuş görüş Tovuz təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 90+9-cu dəqiqədə Roberto Olabe vurub.
90-cı dəqiqədə "Turan Tovuz"un hücumunu dəf edən zaman "İmişli"nin qapıçısı Andrey Sinenka ilə müdafiəçi Dioqo Rollo kəllə-kəlləyə toqquşub. Zərbənin gücündən yerdə qalan oyunçulara hər iki komandanın həkimləri yardım göstərib. Müdaxiləyə baxmayaraq, onlar matça davam edə bilməyiblər və əvəzləniblər.
Qeyd edək ki, turun açılış oyununda "Karvan Yevlax" "Qəbələ" ilə heç-heçə edib - 1:0. Bu gün saat 20:00-da "Neftçi" və "Şamaxı" komandaları üz-üzə gələcəklər.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























