Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-dan yeni təyinat alıblar.
Yenisabah.az xəbər verir ki, hər iki hakim Konfrans Liqasının oyunlarını idarə edəcək.
Ə.Ağayev pley-off mərhələsində Slovakiyada Ukraynanın "Polesye" və İtaliyanın "Fiorentina" komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
E.Məsiyev isə Sloveniyada "Selye" ilə Çexiyanın "Banik Ostrava" komandasının matçını idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, matçın dördüncü hakimi isə Fərid Hacıyev olacaq.
Qeyd edək ki, hər iki qarşılaşma avqustun 21-də keçiriləcək.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































