Yunan klubu “Araz”la oyuna görə UEFA-ya şikayət edir

Yunan klubu “Araz”la oyuna görə UEFA-ya şikayət edir

Yunanıstanın "Aris" klubu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"la cavab oyunundakı (2:2, ilk oyun – 1:2) hakim idarəçiliyi ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlamağa qərar verib.

Qol.az xəbər verir ki, Saloniki təmsilçisi UEFA-nın Hakimlər Departamentinin rəhbəri Roberto Rozettiyə videogörüntülər və rəsmi məktub göndərəcək. "Aris" baş hakim Devid Dikinsonun idarəçiliyinə ciddi narazılıq bildirərək üç epizodu xüsusi olaraq önə çəkir:

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Patrik Andrade-nin 6-cı dəqiqədə Uroş Raçiçin topuğuna basmasına görə qırmızı vərəqə ilə cəzalandırılmaması;

16-cı dəqiqədə Fabianoya qarşı cərimə meydançasında baş verən epizodda "Aris"in xeyrinə penalti təyin olunmaması;

Şotlandiyalı hakimin Azərbaycan klubunun xeyrinə penalti qərarı verməsi.

Bildirilir ki, "Aris" Dikinsona qarşı cəza verilməsini tələb edəcək.

Qeyd edək ki, qarşılaşmanın 52-ci dəqiqəsində "Araz-Naxçıvan"ın müdafiəçisi İqor Ribeyro birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmışdı.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

2026.09.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az