Bu gündən etibarən "ASK Arena" futbol stadionunda yenidənqurma işlərinə start veriləcək. Bu işlər "Barselona" futbol klubunun uşaq futbol məktəbinin ölkəmizdə planlaşdırılan açılışı çərçivəsində həyata keçirilir.
Oxu.Az xəbər verir ki, sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydançanın, eləcə də sahəsi 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması "AzFar" şirkəti tərəfindən icra olunacaq.
Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi də nəzərdə tutulur:
1. Futbol meydançalarının işıqlandırılması üçün nəzərdə tutulmuş lampaların müasir tələblərə uyğun şəkildə yenilənməsi;
2. İdmançılar və klub heyəti üçün nəzərdə tutulmuş soyunub-geyinmə otaqlarının, sanitar qovşaqlarının, texniki və yardımçı otaqların əsaslı təmiri;
3. Yuxarıda qeyd olunan otaqların yerləşdiyi inzibati sahədə havalandırma və kondisionerləşdirmə sistemlərinin qurulması və tam şəkildə istismara verilməsi.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























