ABŞ-də təşkil olunan klublararası dünya çempionatında üçüncü və dördüncü yarımfinalçılar müəyyənləşib.
Teleqraf xəbər verir ki, 1/4 final mərhələsinin növbəti oyununda Fransanın "Paris Sen-Jermen" (PSJ) klubu Almaniyanın “Bayern Münhen” klubunu 2:0 hesabı ilə məğlub edib.
Oyunda hesabı 78-ci dəqiqədə Desire Due açıb. 90+6-cı dəqiqədə fərqlənən Usman Dembele oyunda son nöqtəni qoyub. Görüşün 82-ci dəqiqəsində PSJ-nin heyətində Vilyam Paçu, 90+2-ci dəqiqəsində isə Lukas Ernandes birbaşa qırmızı vərəqə ilə cəzalandırılıblar.
PSJ-nin yarımfinaldakı rəqibi “Real Madrid” (İspaniya) - “Borussiya Dortmund” (Almaniya) görüşündə müəyyənləşib. Rəqibinə 3:2 hesabı ilə qalib gələn madridlilər növbəti mərhələyə addayıblar.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































