“Formula 1” üzrə 2025-ci il dünya çempionatının mərhələlərindən biri olan Azərbaycan Qran Prisinə hazırlıqlar davam edir.
Oxuməni.az “Oxu.Az” –a istinadla verdiyi məlumata görə, bu il “Baku City Circuit”də (Bakı şəhər trassı) əlavə iki tribuna quraşdırılması planlaşdırılır.
Artıq trekin ətrafında tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də əcnəbi azarkeşlərin Azərbaycan Qran Prisinə artan marağını nəzərə alaraq, infrastrukturun genişləndirilməsi nəticəsində tribunaların tutumu 1500 yerlik artaraq 20 mini ötəcək.
Qeyd edək ki, ötən il yarışı dörd gün ərzində tribunadan canlı olaraq 76 mindən çox tamaşaçı izləyib.
Hazırlıq işləri ilə əlaqədar Dənizkənarı Bulvarın bəzi hissələrinə girişə müvəqqəti məhdudiyyətlər nəzərdə tutulub. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində diqqətlə yanaşmaları xahiş olunur.
Xatırladaq ki, “Formula 1” Azərbaycan Qran Prisi bu il sentyabrın 19-dan 21-dək keçiriləcək.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































