Mayk Tayson və Ceyk Pol çəki ölçmə mərasimindən sonra üz-üzə gəlib, hadisə qalmaqala çevrilib. Boksçular üz-üzə gələndə Tayson rəqibinə sillə vurub. Orada olanlar müdaxilə edərək onları sakitləşdirməkdə çətinlik çəkiblər.
Jurnalistlər qeyd ediblər ki, Mayk Taysonun (50-6, 44 KO) bloqqerin əfsanəvi boksçunun ayağına basması faktı ilə Ceyk Polu (10-1, 7 KO) sillələməyə təhrik edə bilərdi.
Ceyk bu hərəkətinə görə keçmiş dünya çempionundan inciyib. Qeyd edək ki, "Dəmir Mayk" Poldan bir az daha ağır olub. Onun çəkisi 103,41 kq, Pol isə 102,96 kq olub.
58 yaşlı Taysonla 27 yaşlı Pol arasında döyüş ABŞ-ın Arlinqton şəhərində baş tutacaq. Xatırladaq ki, döyüş əvvəlcə iyulun 20-nə planlaşdırılsa da, “Dəmir Mayk”ın səhhəti pisləşdiyi üçün təxirə salınmışdı.
Taysonla Pol arasında döyüş noyabrın 15-dən 16-na keçən gecə baş tutacaq. Boksçular arasında döyüş səkkiz raunddan ibarət olacaq. Nəticə hər iki döyüşçünün peşəkar rekorduna hesablanacaq.
Son döyüşündə Pol keçmiş UFC döyüşçüsü Mayk Perrini (boksda 0-2) erkən məğlub etmişdi. Döyüş kreyser çəki limitində (90,7 kq-a qədər) baş tutub.
Tayson peşəkar boks karyerasını 2005-ci ildə başa vurub. O, 58 döyüş keçirib (50 qələbə və 6 məğlubiyyət, daha iki döyüş nəticəsiz başa çatıb). 2020-ci ilin noyabrında Mayk Roy Consla sərgi döyüşü keçirdi. Hərəsi iki dəqiqəlik səkkiz raund davam edən döyüş heç-heçə ilə yekunlaşıb.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































