Sentyabrın 29-da Fransanın Valens şəhərindəki “Jan-Jermen” stadionunda D5 futbol qrupunun oyunu zamanı ermənilərlə türklər arasında dava düşüb. Bu barədə “Francebleu.fr” məlumat yayıb.
İki həvəskar klub olan, türkiyəli futbolçulardan ibarət “FC Turquoise” və erməni futbolçulardan ibarət “Homenetmen Valence” komandaları ilk oyunlarını keçiriblər.
"Mən bu gün “FC Turquoise” və “Homenetmen Valence” arasında futbol matçı zamanı baş verən zorakılıq aktlarını qətiyyətlə pisləyirəm",- Valens meri Nikola Daragon deyib.
“Francebleu.fr” saytının məlumatına görə, davada iştirak edənlər yüngül xəsarət alıb, polis gələn zaman stadion boş olub. Həbslər olmayıb.
Bu arada “Zartonk Media” yazır ki, ilk hissədən sonra oyun yaxşı getməyib və nə vaxtsa türk komandasının azarkeşləri meydançaya tullanaraq erməni komandasına narazılıqlarını ifadə etmək qərarına gəliblər. Hətta bıçaqlardan da istifadə edildiyi bildirilir. İki yaralı erməni futbolçu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























