Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərində “Xankəndi” adı ilə çıxış edəcək yeni futbol klubu yaradılıb. Klubun mətbuat xidməti xəbər verir ki, komanda Region Liqasında mübarizə aparacaq.
Məlumatda qeyd olunur ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Xankəndi”nin bu liqada iştirakına razılıq verib.
“Xankəndi” ev oyunlarını hələlik eyniadlı şəhərdə keçirməyəcək. Komanda bu mövsüm rəqiblərini Şamaxı Olimpiya Mərkəzinin futbol meydançasında qəbul edəcək. Qarşıdakı günlərdə klubun heyəti və baş məşqçisi barəsində məlumat veriləcək.
Qeyd edək ki, komandanın təsisçisi Azərbaycan Minifutbol Liqasında çıxış edən “Real Bakı”nın rəhbəri Elnur Məcidovdur.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























