Macarıstanın paytaxtında keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasının sonuncu günündə Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasının iclası keçirilib və burada yeni assosiasiya yaradılıb.
Azərbaycan Şahmat Federasiyası (AŞF) bu gün Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Baş Assambleyasının Budapeştdə keçirilən sonuncu iclasında türkdilli ölkələr arasında şahmat sahəsində əməkdaşlıq və əlaqələrin gücləndirilməsi üçün xüsusi strukturun yaradılmasını təklif edib.
İclasda çıxış edən AŞF-nın baş katibi İlahə Qədimova türkdilli ölkələrin birgə assosiasiyasının yaradılmasının əhəmiyyətindən və gələcək strukturun əsas məqsədlərindən danışıb. “TurkicWorld” xəbər verir ki, “FİDE”-nin Baş Assambleyasında səsverməyə çıxarılan təklif yekdilliklə qəbul edilib.
Yeni birliyə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Qırğızıstan daxil olub. İclasdan sonra “FİDE”-nin prezidenti Arkadi Dvorkoviç yeni assosiasiyaya üzv dövlətlərin şahmat federasiyalarının rəhbərləri ilə görüş keçirib, onlar layihələrini onunla bölüşüblər.
Tezliklə assosiasiyanın Nizamnaməsi təsdiqlənəcək, ona əsasən strukturun rəhbərliyi iki il müddətinə seçiləcək və rotasiya əsasında həyata keçiriləcək.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























