Azərbaycanın bu turda kişilərdən ibarət yığma komandası Kuba komandası ilə qarşılaşıb və görüşü qələbə ilə baça çatdırıblar (3:1), qadınlardan ibarət milli komandası isə Monqolustan komandası üzərində gələbə qazanıblar (2,5:1,5).
Əvvəl İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) , Monteneqro (3:1), Hindistan(1:3), Litva (1,5:2,5), Kazaxstan (3:1), İtaliya (2:2) və Yunanstan (2:2) komandaları ilə görüşən kişilərdən ibarət yığma komandamız 10-cu turda Kuba komandası üzərində gələbə qazanıblar (3:1).Komandamız hazırda 10-cu turdan sona 14 xalla 12-ci yerdədir.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alır.
Azərbaycan – Kuba - 3:1
Aydın Süleymanlı – Karlos Albornos - 1:0
Nicat Abasov – Luis Kesada - 0,5:0,5
Rauf Məmmədov – Dilan Berdaes - 1:0
Məhəmməd Muradlı – Omar Almeyda - 0,5:0,5
Əvvəl Nikaraqua (4:0), Avstraliya ( 4:0) , Sloveniya (3:1),Vyetnam (2,5:1,5) , Argentina (2:2), Ukrayna (2:2), Qazaxıstan (1:3), İtaliya (2:2) və İsveçrə (4:0) komandaları ilə görüşən qadınlardan ibarət yığma komandamız 10-cu turda son olaraq Monqolustan komandası üzərində gələbə qazanıblar (2,5:1,5). Komandamız hazırda 10-cu turdan sona 15 xalla 9 -cu yerdədir.
Azərbaycan - Monqolustan - 2,5:1,5
Günay Məmmədzadə - Munxzul Turmunx - 0,5:0,5
Ülviyyə Fətəliyeva - Batxuaq Munquntul - 1:0
Gövhər Beydullayeva - Davademberel Nomin-Erdene - 1:0
Xanım Balacayeva - Bat-Erdene Munzunqul - 0:1
Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər. Komandanın kapitanı Mixail Şereşevskidir.
Bu gün, Bakı vaxtı ilə saat 14.00-da Olimpiadada axırıncı turun oyunlarına start veriləcəkdir. On birinci (axırıncı) turda kişilərdən ibarət milli komandamız Braziliya , qadınlardan ibarət yığmamız isə Hindistan komandaları ilə qarşılaşacaqlar.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























