Azərbaycanın bu turda həm kişilərdən, həm də qadınlardan ibarət milli komandaları Qazaxıstanla qarşılaşıb və fərqli nəticələrə imza atıblar,səkkizinci turda hər iki yığma komandamız İtaliya komandaları ilə qarşılaşacaqlar.
Yarışa İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Monteneqroya (3:1) komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 5-ci turda Hindistana(1:3) , 6-cı turda isə Litvaya (1,5:2,5) məğlub olsalar da,7-ci turda Kazaxstana galib gəliblər (3:1). Komandamız hazırda 7-ci turdan sona 10 xalla 14-cü yerdədir.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alır.
Azərbaycan – Qazaxıstan - 3:1
Aydın Süleymanlı – Denis Maxnev - 1:0
Nicat Abasov – Kazıbek Noqerbek - 0,5:0,5
Rauf Məmmədov – Alişer Süleymanov - 0,5:0,5
Məhəmməd Muradlı – Ramzazan Jalmaxanov - 1:0
Nikaraquaya (4:0), Avstraliyaya ( 4:0) , Sloveniyaya (3:1) və Vyetnama (2,5:1,5) qalib gələn, Argentina (2:2) və Ukrayna (2:2) ilə heç-heçə oynayan qadınlardan ibarət yığmamız isə 7-ci turda Qazaxıstan ilə qarşılaşıb və bu görüşü uduzublar (1:3). Komandamız hazırda 7-ci turdan sona 10 xalla 19-cu yerdədir.
Azərbaycan – Qazaxıstan - 1:3
Günay Məmmədzadə – Bibisara Assaubayeva - 0,5:0,5
Ülviyə Fətəliyeva – Meruert Kamalidenova - 0:1
Gövhər Beydullayeva – Kseniya Balabayeva - 0,5:0,5
Gülnar Məmmədova – Alua Nurman - 0:1
Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər. Komandanın kapitanı Mixail Şereşevskidir.
Heyətlər daha sonra müəyyənləşəcək.
Xatırladaq ki, Şahmat Olimpiadası sentyabrın 10-da başlayıb və 23-dək davam edəcək.
Almaz Həsənli

Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir
Gürcüstanda azərbaycanlı ana 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb, sonra intihara cəhd edib















.jpg)


















.jpg)














