Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında V turun oyunları baş tutub
Azərbaycan Hindistana məğlub olub və Ukrayna ilə heç-heçə oynayıb, altınci turda isə Litva və Vyetnam ilə qarşılaşacaq.
Yarışa İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Monteneqro (3:1) komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 5-ci turda Hindistan ilə qarşılaşıb və bu görüşdən məğlub ayrılıblar (1:3). Komandamız hazırda 5-ci turdan sona 8 xalla 9-cu yerdədir.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alır.
AZƏRBAYCAN – HİNDİSTAN - 1:3
Aydın Süleymanlı – Qukeş - 0:1
Nicat Abasov – Praqnanandha - 0,5:0,5
Rauf Məmmədov – Arjun Eriqasi - 0:1
Şəhriyar Məmmədyarov – Santoş Vidit - 0,5:0,5
Nikaraqua (4:0),Avstraliyaya ( 4:0) və Sloveniya (3:1) qalib gələn, Argentina (2:2) ilə heç-heçə oynayan qadınlardan ibarət yığmamız isə 5-ci turda Ukrayna ilə qarşılaşıb və bu görüşü heç-heçə ilə başa vurublar (2:2). Komandamız hazırda 5-ci turdan sona 8 xalla 11-cı yerdədir.
AZƏRBAYCAN - UKRAYNA - 2:2
Günay Məmmədzadə – Yuliya Osmak - 0:1
Ülviyyə Fətəliyeva – Anna Uşenina - 0,5:0,5
Gövhər Beydullayeva – Natalya Buksa - 1:0
Xanım Baladjayeva – İnna Qaponenko - 0,5:0,5
Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər. Komandanın kapitanı Mixail Şereşevskidir.
Azərbaycanın kişilərdən ibarət yığması VI turda Litva, qadınlardan ibarət komandamız isə Vyetnam ilə qarşılaşacaqlar.
Heyətlər daha sonra müəyyənləşəcək.
Xatırladaq ki, Şahmat Olimpiadası sentyabrın 10-da başlayıb və 23-dək davam edəcək.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























