Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Yarışa İordaniya (3,5:0,5) və Finlandiya (3,5:0,5) komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşıb və bu görüşdən qalib ayrılıblar (3:1). Komandamız hazırda 6-cı yerdədir.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alır.
AZƏRBAYCAN – MOLDOVA - 3:1
Aydın Süleymanlı – İvan Şitko-1:0
Nicat Abasov – Andrey Makovey-0,5:0,5
Şəhriyar Məmmədyarov – Eqor Laşkin-1:0
Maqomed Muradlı - Viktor Boloqan-0,5:0,5
Nikaraqua (4:0) və Avstraliyaya ( 4:0) qalib gələn qadınlardan ibarət yığmamız isə Argentina ilə qarşılaşaraq görüşü heç-heçə başa vurublar (2:2). 3 turdan sonra qızlarımız 20-ci yerdədirlər.
AZƏRBAYCAN – ARGENTİNA-2:2
Günay Məmmədzadə – Kandela Be Fransisko- 0,5 : 0,5
Ülviyyə Fətəliyeva – Mariya Kampos-0:1
Xanım Baladjayeva – Anapaola Borda-0,5:0,5
Gülnar Məmmədova – Klaudiya Amura-1:0
Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər. Komandanın kapitanı Mixail Şereşevskidir.
Mübarizəyə İordaniya, Finlandiya və Moldova üzərində qələbə ilə başlayan Azərbaycanın kişilərdən ibarət yığması IV turda Monteneqro ilə Nikaraqua və Avstraliyanı məğlub edən, Argentina ilə isə heç-heçə edən qadınlardan ibarət komandamız isə Sloveniya ilə qarşılaşacaqlar.
Heyətlər daha sonra müəyyənləşəcək.
Xatırladaq ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































