Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Yarışa İordaniya (3,5:0,5) və Finlandiya (3,5:0,5) komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşacaq. Komandamız hazırda 26-cı yerdədir.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alır.
AZƏRBAYCAN – MOLDOVA
Aydın Süleymanlı – İvan Şitko
Nicat Abasov – Andrey Makovey
Şəhriyar Məmmədyarov – Eqor Laşkin
Maqomed Muradlı - Viktor Boloqan
Nikaraqua (4:0) və Avstraliyaya 4:0) qalib gələn qadınlardan ibarət yığmamız isə Argentina ilə qarşılaşacaq. 2 xal toplayan qızlarımız 21-ci yerdədir.
AZƏRBAYCAN – ARGENTİNA
Günay Məmmədzadə – Kandela Be Fransisko
Ülviyyə Fətəliyeva – Mariya Kampos
Xanım Baladjayeva – Anapaola Borda
Gülnar Məmmədova – Klaudiya Amura
Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər. Komandanın kapitanı Mixail Şereşevskidir.
Xatırladaq ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.
Almaz Həsənli
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































