Rusiya Azərbaycan klublarını Kontinental Xokkey Liqasında (KHL) görmək istərdi. KHL-ə qoşulmaq üçün bu təşəbbüslə Rusiya Federasiyası İdman Nazirliyinin rəhbəri Mixail Deqtyarev Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla görüşü zamanı çıxış edib. Rəsmilər sentyabrın 8-də Dünya Köçəri Oyunlarının başladığı Astanada görüşüblər.
“Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin Rusiyanın Azərbaycanla çoxşaxəli və dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayır. Və əsasda bir-birinin maraqlarını nəzərə alan bərabərlik prinsipi dayanır. Bu isə xalqlarımızı əsrlər boyu birləşdirib.
Azərbaycanı Kontinental Xokkey Liqasına qoşulmağa dəvət etdim. Bu gün Astanada yerli “Barıs” və Xabarovskın “Amur” komandaları arasında KHL matçı keçiriləcək. Liqanın çox geniş coğrafiyası var və genişlənməyə hazırdır”, - Deqtyarev Telegram kanalında yazıb.
Hazırda KHL-də dörd ölkədən 23 klub çıxış edir. Liqada Rusiyanın 20 komandası, o cümlədən Belarusdan (Dinamo Minsk), Çindən (Kunlun Red Star) və Qazaxıstandan (Barıs) bir komanda çıxış edir.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























