Əfqanıstan hökuməti qarışıq döyüş növlərini (MMA) İslam prinsiplərinə uyğun gəlmədiyi üçün
qadağan edib, yerli rəsmi “TOLOnews” televiziyasına müsahibəsində deyib.
Bədən Tərbiyəsi və İdman İdarəsinin rəisi Əhmədullah Vasik bildirib ki, əxlaq polisinin qoyduğu
qadağa bu idman növünün qəddarlığı ilə bağlıdır.
Əmr, MMA-nın İslam qanunlarına (Şəriət) uyğunluğu ilə bağlı araşdırmadan sonra Talibanın
Əxlaqın Təşviqi və Pisliklərin Qarşısının Alınması Nazirliyi yanında Əfqan Əxlaq Polisi
tərəfindən verilib.
“İdman şəriət nöqteyi-nəzərindən problemlidir və İslamın təlimlərinə zidd olan bir çox cəhətlərə
malikdir”, - deyə bəyanatda bildirilir. Qadağanın şəriət əsası belədir: qarışıq döyüş növləri göz,
üz və beyin xəsarətləri ilə təhdid edir və ölümlə nəticələnə bilər ki, bu da şəriətə görə
qəbuledilməzdir.
Xatırladaq ki, ötən həftə Əfqanıstan hökuməti həm də İslamın dini normalarına zidd olaraq
mübahisəli və tənqid olunan “baça bazi” ənənəsini qadağan etmişdi.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























