2024-cü il Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi Fransa paytaxtının mərkəzində baş
tutub və burad 185 nümayəndə heyətindən 4,4 mindən çox idmançı iştirak edib ki, bu da rekord
göstəricidir. Sentyabrın 8-dək davam edəcək Oyunlarda 22 idman növü üzrə ümumilikdə 549
medal uğrunda mübarizə aparılacaq.
Əsas Olimpiadanın açılışı kimi, mərasim də müasir olimpiya hərəkatı tarixində ilk dəfə olaraq
stadionda və ya digər Olimpiya obyektlərində deyil, Oyunların paytaxtının düz mərkəzində baş
tutdu.
Mərasimi prezident Emmanuel Makron və Beynəlxalq Paralimpiya Komitəsinin rəhbəri Endryu
Parsons açıblar.
Tamaşanın rejissoru, Parisdə əvvəlki Olimpiya Oyunlarının açılışı və bağlanəş mərasimində
olduğu kimi, Tomas Jolly, xoreoqrafik nömrələri isə Aleksandr Ekman səhnələşdirib. Fransanın
dövlət radiostansiyası “RFI”-nin efirində Jolly bildirib ki, o, Paralimpiya oyunlarının açılış
mərasimini inklüzivlik və cəmiyyətdə parçalanmadan harmoniyaya gedən yol üzərində
əsaslandırıb.
250-dən çox idmançı ilə təmsil olunan ən çox nümayəndə heyəti Braziliyadan idi.Ən təvazökarı
isə üç paralimpiyaçının qatıldığı Myanma nümayəndə heyəti idi.
Tədbirin gedişində paralimpiyaçıların paradı olub. Azərbaycan bayrağını parataekvondoçu
İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar.
Qeyd edək ki, Azərbaycan XVII Paris Yay Paralimpiadasında 7 növdə 18 idmançı ilə təmsil
olunur.
Almaz Həsənli
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































