Mərakeşdə dünyanın ən böyük arenasına çevriləcək çadır şəklində yeni futbol stadionunun
görüntüləri təqdim olunub,bu barədə “Euronews” xəbər verir.
Kasablankadakı 115 000 tamaşaçı tutumuna malik Kral II Həsən adına stadion dünyanın ən
böyük futbol arenasına çevriləcək və Mərakeşin ev sahiblərindən biri olacağı 2030-cu ildə
keçiriləcək dünya çempionatı üçün tikiləcək. Layihənin müəllifləri belə hesab edirlər ki, turnirin
final oyunu məhz bu arenada oynanılacaq, bu oyuna eləcədə İspaniyanın Madriddəki "Santyaqo
Bernabeu" və Barselonadakı "Kamp Nou" da iddia edirlər.
İlk dünya çempionatından 100 il sonra keçiriləcək 2030-cu il dünya çempionatının oyunları ilk
dəfə olaraq eyni anda üç qitədə - Avropa, Afrika və Cənubi Amerikada keçiriləcək.
Hazırda futbol arenalarının tutumuna görə rekordçu Pxenyanda (Şimali Koreya) 114 min
tamaşaçı tutumuna malik “Bir may adına Nınnado stadionu”dur. Ümumilikdə isə Əhmədabadda
(Hindistan) yerləşən “Narendra Modi” stadionu dünyanın ən böyük stadionu hesab olunur.
Lakin,132 minə qədər tamaşaçı tutumu olan bu stadion,futbol üçün deyil, kriket oynamaq üçün
nəzərdə tutulub.
2023-cü ilin oktyabrında 100 hektar ərazidə “Grand Stade II Hassan”in tikintisinə başlanılıb.
Stadion Kasablankadan 38 kilometr aralıda tikiləcək və stadionun dam quruluşu Mərakeş
ənənələrinə uyğun olaraq nəhəng bir çadıra bənzəyir.
Əsas stadionun ətrafında kiçik idman meydançaları və komplekslərinin yerləşəcəyi bağ qrupları
salınacaq. Layihənin dəyəri 455 milyon dollar qiymətləndirilir.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























