XXXIII Yay Olimpiya Oyunlarının avqustun 11-də Parisin “Stad de Frans” stadionunda bağlanış mərasimi keçirilib.
Azərbaycan nümayəndə heyəti də bağlanış mərasimində iştirak edib. Komandamızın bayraqdarları bədii gimnast Zeynəb Qummətova və taekvondoçu Qaşım Maqomedov olub.
Oyunların bağlanış mərasiminin rejissoru Toma Jolly-nin ssenarisinə əsasən, mərasim bir neçə mərhələdən ibarət olub: iştirakçı ölkələrin bayraqlarının çıxarılması, idmançıların paradıvə qadın marafonunun qaliblərinin mükafatlandırılması. Daha sonra “Stade de Frans” nəhəng bir konsert salonuna çevrildi.
Mərasimdə həmçinin Oyunların növbəti ev sahibi Los-Ancelesə Olimpiya bayrağının təhvil verilməsi də baş tutub. Hollivud aktyoru Tom Kruz "Stad de Frans"ın damından enərək
Olimpiya bayrağını qəbul edib və süjetə görə onu bu şəhərə çatdırmalıdır. Növbəti Yay Olimpiya Oyunlarının açılışı 2028-ci il iyulun 14-nə planlaşdırılır.
Şou Stade de Fransda kütləvi atəşfəşanlıqla başa çatıb.
ABŞ komandası medal sıralamasında lider oldu - 40 qızıl, 44 gümüş və 42 bürünc,onlar qızıl medalların sayına görə Çinlə bərabərdir, lakin amerikalıların daha çox gümüşü var. 20-si qızıl olmaqla 45 medal qazanan Yaponiya üçüncü yeri tutdu.
Qeyd edək ki, Azərbaycan komandası bu oyunları 2 qızıl, 2 gümüş və 3 bürünc medalla 30-cu yerdə başa vurub.
Almaz Həsənli
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir



















.jpg)


















.jpg)









